AZ

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb.

BiG.AZ xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İordan çayının qərb sahilində basqınlarını davam etdirib.

İsrail ordusunun son 24 ildə işğal altındakı Şərqi Qüdsdə, eləcə də İordan çayının qərb sahilinin Hebron, Ramallah, Tulkərim, Cenin və Selfit şəhərlərində fələstinlilərin evlərinə basqınları zamanı fələstinli ailələrin döyüldüyü, təhdid və təhqirlərə məruz qaldığı vurğulanıb.


BiG.Az
Seçilən
132
10
Mənbələr
Şərh ()
Bağla