AZ

İsrail əsgərlərinə hücum oldu

Əsasən fələstinlilərin yaşadığı İordan çayının qərb sahilindəki Hebron yaxınlığındakı keçid məntəqəsində iki naməlum şəxs İDF (İsrail Müdafiə Qüvvələri) əsgərlərinə silahla hücum edib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

 

Hücum edənlərdən biri bıçaqla, digəri isə odlu silahla gəlib. İsrail nümayəndələri xəsarət almayıb.

 

Hadisədən sonra Hebron bölgəsinə əlavə qüvvələr göndərilib.

 

“The Jerusalem Post”un məlumatına görə, Fələstin ərazilərindən atəş açan hücumçulardan biri İDF-nin cavab atəşi nəticəsində yaralanıb, digəri isə (bıçaqlı hücumçu) öldürülüb.

 

Bundan əvvəl Qərb İsraillə döyüşmək üçün İrandan İordaniyanın İordan çayının qərb sahilinə gizli silah tədarükünü elan etmişdi.

 

“The New York Times”ın yazdığına görə, qaçaqmalçılıq kəşfiyyatçılar, silahlı qruplaşmaların üzvləri və cinayətkar dəstələr tərəfindən həyata keçirilir. İranın məqsədinin Fələstinlilərin məskunlaşdığı İordan çayının qərb sahilini silahla dolduraraq İsraili sabitliyi pozmaq olduğu bildirilir.

 

Miri

Seçilən
204
50
Mənbələr
Şərh ()
Bağla