AZ

Həmas fələstinliləri "İsrail əsgərlərinə müqavimət göstərməyə" çağırıb

HƏMAS və İslami Cihad fələstinliləri bütün vasitələrlə İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanlarla qarşı-qarşıya qalmağa və onlara qarşı durmağa çağırıb. Bizimyol.info xəbər verir ki, İsrail əsgərlərinin 18 apreldən bəri İordan çayının qərb sahilinin şimalında Tulkerim və Nur Şəms Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqınlarda 7 fələstinlini öldürməsindən sonra Həmas və İslami Cihad öz "Telegram" hesablarından yazılı açıqlama verib. HƏMAS-ın bəyanatında bütün imkan və vasitələrdən istifadə edərək İordan çayının qərb sahilində, Qüdsdə İsrail qüvvələri ilə qarşıdurma, eskalasiya, eləcə də ümumi səfərbərlik tələb olunur. Açıqlamada Nur Şəms Qaçqınlar Düşərgəsində İsrail əsgərlərinə müqavimət göstərən fələstinlilərin çoxlu şəhid verdiyi qeyd edilib. Fələstin xalqının İsrailin İordan çayının qərb sahili, Qəzza, Qüds və ya vətənin hər hansı digər bölgəsinə nəzarəti ələ keçirməyə cəhd etməsinə icazə verməyəcəyi və onların hüquqlarını qəsb etmək planlarına müqavimət göstərəcəyi bildirilib. İslami Cihad öz bəyanatında Fələstin xalqını sionistlərin öz vətənlərindəki planlarını puça çıxarmağa, İsrail əsgərləri və yəhudi mühacirlərə qrşı müqavimət göstərməyə, hətta münaqişəyə girməyə çağırıb. Bəyanatda həmçinin ərəb dünyası və beynəlxalq ictimaiyyətin İordan çayının qərb sahilində Fələstin xalqına qarşı törədilən cinayətlərə qarşı susması pislənilib. İsrail ordusunun radiosu aprelin 18-də İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərim şəhərindəki Nur Şəms Qaçqınlar Düşərgəsinə qarşı "geniş miqyaslı hərbi əməliyyat" başladığını elan edib. Tulkərim və Nur Şəms Qaçqınlar Düşərgəsində iki gündə 7 fələstinli həyatını itirib. Qadir, Bizimyol.info

Seçilən
224
24
Mənbələr
Şərh ()
Bağla