AZ

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib.

BiG.AZ xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese bu sözlərlə İsrailin soyqırım cinayəti törətdiyini bildirib.

O, BMT-yə üzv dövlətləri İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Məruzəçinin bu açıqlaması ABŞ-ı narahat edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ölkəsinin bu hesabatı qəbul etmədiyini açıqlayıb.

"Hesabatın özünə gəlincə, biz açıq şəkildə bildirdik ki, soyqırım iddialarının əsassız olduğuna inanırıq. Bununla belə, Qəzzada dinc əhali arasında itkilərin sayından da dərin narahatıq", - o deyib.


BiG.Az
Seçilən
89
5
Mənbələr
Şərh ()
Bağla