AZ

Qırğızıstan parlamenti mübahisəli qanun layihəsini komitəyə qaytarıb

Qırğızıstan parlamenti QHT-lər haqqında qanun layihəsini yenidən baxılmaq üçün geri qaytarıb.

 

Modern.az "24.kg"a istinadən xəbər verir ki, Qırğızıstan parlamenti qanun layihəsini baxılması üçün müvafiq komitələrə geri yollayıb.

 

Sənəd xaricdən maliyyə alan QHT-lər üçün “xarici təmsilçi” termininin qanunvericiliyə daxil edilməsini, habelə belə təşkilatların reyestrinin yaradılmasını nəzərdə tutur. Qanun layihəsi hakimiyyət orqanlarına qanunu pozduğuna görə QHT-lərin fəaliyyətini dayandırmağa imkan verir.

 

ABŞ dövlət katibi Antoni Blinkenin ölkə prezidenti Sadır Japarova ünvanladığı məktubda bildirmişdi ki, Vaşinqton bu qanunla bağlı narahatdır. Japarov ABŞ-dan respublikanın işlərinə qarışmamağı xahiş etməklə cavab verib.

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla