AZ

Bu türk dövlətində qəbul edilən qanun ABŞ-ı narahat etdi: Bəyanat yaydılar

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Qırğızıstanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarəti gücləndirən qanunun qəbulundan narahatlığını ifadə edib.

Publika.az xəbər verir ki, bununla bağlı Dövlət Departamentinin sözçüsü Metyu Miller müvafiq bəyanatla çıxış edib. Bu bəyanatı ABŞ-ın Bişkekdəki diplomatik missiyasının mətbuat xidməti yayıb.

Bundan əvvəl Qırğızıstan prezidenti Sadır Japarov qeyri-kommersiya təşkilatları haqqında qanuna dəyişiklikləri imzalayıb. Bu dəyişikliklərə əsasən, ölkədə xaricdən maliyyələşən və siyasi fəaliyyət göstərən təşkilatlara “xarici nümayəndə” statusu verilir.

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla