AZ

"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 

"Baydenin noyabr ayında keçiriləcək seçkilərdə uğur qazanması ukraynalıların həyatının xilas edilməsindən daha vacib ola bilməz..."
 
"Müharibəni udmaq üçün Ukrayna Kremlin öz qoşunlarını təchiz etmək qabiliyyətini aşağı salmalıdır..."
 
Ağ Evin neftin mümkün qiymət artımı səbəbindən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmaq barədə çağırışı Co Bayden administarsiyasının cəfəng və iflasa uğrayacaq siyasi qərarıdır. 
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "The Hill" nəşri yazıb. 
 
"İkinci dünya savaşı zamanı müttəfiqlər 1942-ci ildə nasist Almaniyasının neft emalı zavodlarını bombardman etməyə başlayıb və müharibənin sonu, 1945-ci ilin mayınadək bu işi eyni güclə davam edib. 
 
Bu, müharibədə qələbənin açarı olub. Çünki bununla almanların tanklar, qırıcılar, bombardmançı təyyarələr, zirehli texnika və təchizat yük maşınlarını yanacaqla doldurmaq qabiliyyətini pozulub.
 
Müharibəni udmaq üçün Ukrayna Kremlin Donbasda və Krım yarımadasında qoşunlarını silah və döyüş sursatları ilə təchiz etmək qabiliyyətini aşağı salmalıdır", - məqalədə deyilir. 
 
Nəşr Bayden admnistrasiyasının benzinin qiymət artımını ukraynalıların həyatı və suverenliyindən üstün tutması mövqeyini "dəhşətli" adlandırıb: 
 
"Noyabr ayında keçiriləcək seçkilərdə Baydenin uğurunu ukraynalıların həyatlarının xilasından daha vacib hesab etmək olmaz".
 
Qəzet diqqəti ona yönəldir ki, bu zaman Ağ Ev Rusiyanın qanadlı raketlər və dronlarla Ukraynanın mülki obyektləri və energetika infrastrukturuna edilən hücumlaını hər-hansı formada pisləməyib. 
 
Bayden əvvəlkitək Ukraynaya mübarizə və müharibədə qələbə üçün zəruri olan ən mühüm silah və döyüş sursatlarının tədarükünü ləngitməkdə davam edir. 
 
"Zelenski sərəncamında olan dronlarla müqavimət göstərir. O, Rusiyanı zəif yerinə, maliyyələşməsinə zərbə endirir. O, Kremlin Putin ordusunun maliyyələşdirilməsi üçün qlobal vasitələrə hücum edir", - nəşr yazıb.
 
Bu arada isə Putin Ukraynanı məhv etmək niyyətindən əl çəkmir və təslim olmaq niyyətində deyil, hərçənd ABŞ və NATO səmərəli qarşıdurma üçün Ukraynaya bütün zəruri olanları vermək iqtidarında deyil. 
 
"Rusiya üzərində qələbə planı indiyədək yoxdur. ABŞ müdafiə naziri Loyyd Ostin Ramştaynda Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun 20-ci konfransının açılışında bəyan edib:
 
"Birləşmiş Ştatlar və bu koalisiya Ukraynanın məğlub olmasına imkan verməyəcək". Lakin bu, Rusiya hərbçilərinin darmadağın edilməsi və Ukraynadan zorla qovulması üçün zəruri silah verilmədən mümkün olmayacaq. Müdafiə silahları bu vəzifənin öhdəsindən gəlməyəcək.
 
Ukrayna hazırda seçim qarşısındadır: ya qələbə qazanmaq, ya da məhv olmaq, yaxın döyüş üçün döyüş sursatlarının tükənməsi səbəbindən Ukrayna Silahlı Qüvvələri Rusiyanı zəiflətmək üçün strateji hədəflərə zərbələr endirməyə məcburdur, məqalədə deyilir. 
 
"Qərbin səmərəli cavabı yoxdur, amma Ukraynanın cavabı var və bu, Ağ Evin xoşuna gəlmir. Vaşinqton və Brussel daha əsaslandırılmış qərarların qəbul edilməsinə başlamalıdır, çünki Putin təslim olmaq niyyətində deyil".
 
ABŞ Ukraynaya Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyi dayandırmağa çağırış edib - bəlli olanlar
 
"Financial Times" qəzeti yazıb ki, ABŞ Ukraynaya Rusiyanın energetika infrastruktuna hücumları dayandırmağa çağırış edib və xəbərdarlıq edib ki, dron hücumları dünyada neftin qiymətini qaldırar və qisasa sövq edət. 
 
Qeyd edilib ki, Vaşinqtonun bu xəbərdarlığı Ukrayna Təhlükəsizlik Xidməti və onun Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli məmrularına ötürülüb. 
 
Bundan dərhal sonra Ukrauna prezidentinin Ofisi bu məlumatı saxta adlandırıb: "Genişmiqyaslı müharibənin iki ilindən sonra heç kim Ukraynaya müharibənin aparılması şərtlərini diqtə edə bilməz".
Seçilən
190
50
Mənbələr
Şərh ()
Bağla