AZ

"ABŞ ilə Ukrayna arasında münasibətlər gərginləşib" - "The Washington Post"

Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları ABŞ ilə gərginliyi artırır."AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin "The Washington Post" nəşrində dərc olunan məqalədə bildirilir.Qeyd olunur ki, Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harris fevralda Münhen Təhlükəsizlik Konfransında Zelenski ilə görüşərkən ondan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmasını istəyib.ABŞ rəsmilərinin fikrincə, bu cür hücumlar dünya enerji qiymətlərinin artmasına gətirib çıxaracaq və Rusiyanın daha aqressiv reaksiyalarına səbəb olacaq.Bildirilir ki, Ukrayna bunun  əksinə güclü düşmənlə mübarizədə ən uğurlu strategiyasından nəinki imtina etməyib, əksinə bu cür hücumları artırıb. 


"Bu, rəsmi Vaşinqtonun xoşuna gəlmir deyə ABŞ ilə Ukrayna arasında münasibətlər gərginləşib",-deyə ABŞ nəşri qeyd edib."AzPolitka.info"

Seçilən
185
50
Mənbələr
Şərh ()
Bağla