AZ

"Onların yoxluğu çətinlik yaratdı" - U-21-in futbolçusu

Azərbaycanın U-21 yığması Avro-2025-in seçmə mərhələsində İngiltərə (1:5) və Ukraynaya (0:3) məğlub olub.

Millinin futbolçusu Qurban Səfərov "FutbolPress"ə açıqlamasında məğlubiyyətlərin səbəblərini söylədi:

"Hər iki oyunda epizodlarımız oldu. Lakin şanslarımızdan yararlana bilmədik. Qol vursa bilsəydik, fərqli ola bilər. Ukrayna ilə oyundan əvvəl təhlillər aparmışdıq. Bilirdik ki, hücumda yaxşı oynayırlar. Onların qarşısını almaq istədik, ancaq alınmadı. Bəxt amili də sözünü dedi. Fərid Yusifli, Veysəl Rzayev kimi əsas heyət oyunçuları yox idi. Onların yoxluğu çətinlik yaratdı".

Azərbaycan yığması Avro-2025-in F qrupunda İngiltərə, Ukrayna, Serbiya, Şimali İrlandiya və Lüksemburqla mübarizə aparır. Komanda 6 turdan sonra 3 xalla sonuncu - 6-cı sıradadır.

Şahin Cəfərov
Seçilən
2
45
Mənbələr
Şərh ()
Bağla