AZ

"Regiona NATO gələcəksə bu nə Fransa, nə də ABŞ olacaq. Bu Türkiyə olacaq" - POLİTOLOQ

Ermənistan və bu region Rusiya üçün prinsipial əhəmiyyət kəsb edir və Rusiya Federasiyası Ermənistanın vəziyyətin girovuna çevrilməsini istəmir.

Herbiand.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Panteleyev “Alpha News”a müsahibəsində bildirib.

“Ukrayna ilə bağlı problem ona görə yaranıb ki, Rusiya uzun müddətdir ki, qırmızı xətlərini müəyyənləşdirir.  Rusiya göstərdi ki, o, hələ də dərk edilməsi çox çətin olan qərarlar qəbul etməyə qadirdir. İndi qarşıdurmanın intensivləşməsi müşahidə olunur və Qərb hələ də hərbi yolla qalib gələ biləcəyinə ümid edir. Ermənistan və bu region bizim üçün prinsipial əhəmiyyət kəsb edir, lakin biz Ermənistanın vəziyyətin girovuna çevrilməsini istəməzdik. Eyni zamanda, təbii ki, biz başa düşürük ki, İran da var, onun da regionla bağlı öz planları var”.

Politoloq daha sonra vurğulayıb ki, Rusiya və KTMT Qafqazdan getsə buradakı boşluğu NATO dolduracaq.

“NATO gəlsə, alyansı kimin qoşunları təmsil edəcək? Burada bəziləri düşünür ki, bu, ya Fransa, ya da ABŞ olacaq, amma bu, belə deyil, Türkiyə olacaq. Və bu vəziyyət necə ola bilər? Rusiya bunu çox gözəl anlayır, regiondan çıxmaq istəmir və getmək niyyətində deyil”.

Herbiand.az

Seçilən
131
43
Mənbələr
Şərh ()
Bağla