AZ

Zelenski ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb yardım istədi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şimalında Rusiya Federasiyası və Belarusla həmsərhəd olan Çerniqov vilayətində ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.

O bildirib ki, tərəfdaşlarını cəbhə xəttindəki vəziyyət barədə məlumatlandırıb.

Həmçinin Zelenski konqresmenlərə hərbi əməliyyatların gedişi barədə danışıb və onlardan Kiyevə yardımın davam etdirilməsini dair razılıq vermələrini istəyib.




Bizim.Media

Seçilən
173
43
Mənbələr
Şərh ()
Bağla