AZ

"Kiyev ABŞ-dakı seçki prosesinin girovuna çevrilib" - Zelenski

“Kiyev ABŞ-da seçki prosesinin girovuna çevrilib”.“Report” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.Onun sözlərinə görə, Ukraynaya dəstək məsələsi ABŞ üçün daxili siyasi məsələyə çevrilib:“Amerika yardımına gəlincə, bu, istənilən halda mühüm əhəmiyyət kəsb edir. Mən hələ də ABŞ Konqresindən müsbət səs ala biləcəyimizə inanıram. Təəssüf ki, biz girovdayıq, çünki bu, seçki prosesidir, bunlar ABŞ-da seçkilərdir. Buna baxmayaraq, inanıram, işləyirəm və ümid edirəm ki, o şurlu düşüncə yenə də qalib gələcək”.Zelenski bildirib ki, yardımın ayrılması üçün müxtəlif variantlar nəzərdən keçirilir, o cümlədən yardımın Kiyevə kredit formasında təqdim edilməsi:


“Bilirsiniz, bu yaxınlarda bir senator mənə dedi: “Pulu kredit kimi almağa razılaşarsınızmı? Məsələn, sizə desələr ki, ya pul kreditdir, ya da almayacaqsan”. Cavab verdim: “Gəlin açıq danışaq, istənilən variantla razılaşacağıq”.

Seçilən
185
4
Mənbələr
Şərh ()
Bağla