AZ

DƏHŞƏT: İtkin düşən 25 yaşlı Dilarə torpağa BASDIRILMIŞ HALDA TAPILDI - FOTO

Türkiyənin Elazığ şəhərində 8 gündür itkin düşən qadın bu gün torpağa basdırılmış halda tapılıb.

Anons.az medianews.az-a istinadla xəbər verir ki, bir uşaq anası olan 25 yaşlı Dilarə Günanə mayın 4-də səhər saatlarında evdən çıxıb.

Axşama yaxın ailəsi onunla əlaqə saxlaya bilmədikdən sonra narahat olublar. Telefonun saatlarla bağlı qalmasından şübhələnən ailə vəziyyəti polisə bildirib.

Polis qrupları tərəfindən aparılan genişmiqyaslı araşdırmada qadının cəsədi mərkəzə bağlı Sedeftəpə kəndinin Armutluk bölgəsində torpağa basdırılmış vəziyyətdə tapılıb. Torpağın altından çıxarılan qadının cəsədi ekspertiza üçün Fırat Universiteti Xəstəxanasının meyitxanasına aparılıb. Çoxlu şübhəlinin saxlanıldığı hadisə ilə bağlı istintaq davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
21
anons.az

10Mənbələr