AZ

İtkin düşən qadın torpağa basdırılmış halda tapılıb -Fotolar

Türkiyənin Elazığ şəhərində 8 gündür itkin düşən qadın bu gün torpağa basdırılmış halda tapılıb.

Xəzərnews.az xəbər verir ki, bir uşaq anası olan 25 yaşlı Dilarə Günanə mayın 4-də səhər saatlarında evdən çıxıb.

Axşama yaxın ailəsi onunla əlaqə saxlaya bilmədikdən sonra narahat olublar. Telefonun saatlarla bağlı qalmasından şübhələnən ailə vəziyyəti polisə bildirib.

Polis qrupları tərəfindən aparılan genişmiqyaslı araşdırmada qadının cəsədi mərkəzə bağlı Sedeftəpə kəndinin Armutluk bölgəsində torpağa basdırılmış vəziyyətdə tapılıb. Torpağın altından çıxarılan qadının cəsədi ekspertiza üçün Fırat Universiteti Xəstəxanasının meyitxanasına aparılıb. Çoxlu şübhəlinin saxlanıldığı hadisə ilə bağlı istintaq davam edir.//Medianews.az









.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
353
21
xezernews.az

10Mənbələr