AZ

Rəsmi Tbilisi Venesiya Komissiyasının rəyini sərt tənqid edib

Rəsmi Tbilisi Venesiya Komissiyasının rəyini sərt tənqid edib

Venesiya Komissiyasının (VK) "Xarici təsirin şəffaflığı haqqında" qanun ilə bağlı rəyi qərəzli və paradoksaldır. Təəssüf ki, komissiyanın rəyi onun platformasından peşəkar mühakimə deyil, qərəzli siyasi qiymətlər vermək üçün istifadə edilib. Bu da komissiyanın imicinə xələl gətirir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasından olan deputat Salome Kurasbediani brifinqdə bildirib.

Onun sözlərinə görə, Venesiya Komissiyasının rəyi bir daha təsdiq etdi ki, qanuna qarşı heç bir hüquqi arqument yoxdur.

"Gürcü arzusu”nda Venesiya Komissiyasının qiymətləndirməsi ziddiyyətli qəbul olunub. Burada faktların bir sıra kobud təhriflərinə rast gəlinir", - deyə deputat vurğulayıb.

O əlavə edib ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında" qanuna qoyduğu veto parlamentin növbəti sessiyasında müzakirəyə çıxarılacaq və müvafiq qərar qəbul olunacaq.

Xətayi Əzizov

Tbilisi

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
24
ilk.az

10Mənbələr