AZ

Venesiya Komissiyası o haqqında qanunla bağlı mənfi rəy verib

Venesiya Komissiyası Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin hazırkı formada geri çağırılması ilə bağlı ciddi tövsiyə ilə çıxış edir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı Venesiya Komissiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə təcili dərc edilmiş rəyində deyilib.

Komissiyanın rəyində bildirilir ki, qanun layihəsi son nəticədə açıq ictimai müzakirələrə, plüralizmə və demokratiyaya pis təsir edəcək:

"Venesiya Komissiyası bu qanunun hazırkı formada geri götürülməsini qətiyyətlə tövsiyə edir, çünki onun əsas qüsurları sərbəst toplaşmaq və ifadə azadlığı, şəxsi toxunulmazlıq hüququ, ictimai işlərdə iştirak hüququna mənfi təsir göstərəcək”.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
24
olke.az

10Mənbələr