AZ

Zelenski Almaniya XİN başçısını təltif etdi

Ukrayna prezidenti Volodimir Zelenski bu ölkədə səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berboku verdiyi dəstəyə görə ordenlə təltif edib.

Bu barədə UNIAN məlumat yayıb.

Annalena Berbok üçüncü dərəcəli Yaroslav Müdrik ordeni ilə təltif edilib, Ukrayna prezidenti ötən ilin sonunda ona bu mükafatı verib, bu gün təqdim edib.

Sonra üçüncü dərəcəli ordenlə Bundestaqın deputatları Mari-Aqnes Strak-Zimmermann və Anton Hofreiter də təltif edilib. Müdrik Yaroslav ordeninin ən yüksək dərəcəsi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səud, İspaniyanın baş naziri Pedro Sançes və Albaniya hökumətinin başçısı Edi Ramaya verilib.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
2
cebheinfo.az

10Mənbələr