AZ

Almaniya Rusiyanın Avropa sərhədlərinə yaxınlaşmasına imkan verməməyə çağırdı

Bu gün, mayın 21-də elan olunmamış səfərlə Kiyevə gələn Almaniyanın xarici işlər naziri Annalena Bärbok müttəfiqləri Ukraynaya dəstək, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirmək üçün qüvvələri birləşdirməyə çağırıb.

Əks halda, xanım Berbokun fikrincə, rus qoşunları Qərb ölkələrinin sərhədlərində görünə bilər: “Rusiyanın kütləvi aviazərbələri və Xarkov vilayətinə amansız hücumu səbəbindən Ukraynada vəziyyət yenidən kəskin şəkildə pisləşib. Ukraynanı Rusiya raketləri və pilotsuz təyyarələrinin dolu yağışından qorumaq üçün ölkə təcili olaraq hava hücumundan müdafiəni gücləndirməlidir”, – deyə xanım Berbok bildirib. Almaniyanın xarici işlər naziri həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyünü sürətləndirməyə çağırıb.

Onun sözlərinə görə, bu günə qədər Ukrayna “təsirli irəliləyiş əldə edib və Rusiyanın təcavüzünə baxmayaraq, islahatlar yolu ilə getməkdə davam edir”. “Bizim dəstəyimiz Ukraynanın bu müharibədə qalib gələcəyinə dərin inamımıza əsaslanır. Ukrayna xalqı Almaniya və digər müttəfiqlərin uzunmüddətli dəstəyinə arxalana bilər. İndi biz qüvvələri birləşdirməliyik ki, Ukrayna sağ qala bilsin və Putinin qoşunları tezliklə öz sərhədlərimizə çatmasın”, – Annalena Berbok əlavə edib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
50
editor.az

10Mənbələr