AZ

"50 milyona alınan futbolçu gedib millidə zədələnirsə..."

style='margin-bottom:10px;'>

"Napoli"nin prezidenti Aurelio De Laurentis futbolçuların milli komandaların oyunları zamanı zədə almalarından danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o bildirib: “Məncə, 32 yaşlı, elə 28 yaşlı oyunçu də milli komandada oynamamalıdır. Çağırılan futbolçunu milliyə göndərib-göndərməmək klubun səlahiyyətində olmalıdır. Məsələn, yoldaşlıq görüşüdürsə, klubun imtina etmək imkanı olmalıdır.

Əgər bir oyunçu üçün 50 milyon avro ödəmişəmsə və o, yenidən zədələnsə, o zaman milli komanda onun oyundan kənar qalacağı bütün müddət ərzində kluba hər günün xərcini ödəməlidir. Neymarı xatırlayın”.

Xatırladaq ki, Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla oyunun birinci hissəsinin sonunda aldığı zədəyə görə meydanı göz yaşları içində tərk etmişdi. Futbolçunun ön çarpaz bağının qırıldığı təsdiqlənib. Onun bir neçə ay yaşıl meydandan uzaq qalacağı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
585
24
teleqraf.com

10Mənbələr