AZ

Kütləvi qətl törədəcəkdi: Son anda yaxalandı

İngiltərədə Rid Vişhusen adlı şəxs qətliam planlaşdırmaqda təqsirli bilinərək, həbs edilib.Gununsesi.info xəbər verir ki, İngiltərənin Somerset bölgəsində polis bu barədə məlumat aldıqdan sonra marketdə işləyən Rid Vişhusen ilə atasının yaşadığı evə gedib.Polis əməkdaşları evdə axtarış apararkən bir neçə silah aşkar ediblər. Bu arada Vişhusen hamamda intihara cəhd edib. İntiharın qarşısı alınarkən Vişhusen polisə doğru qaçmağa başlayıb. Polisin xəbərdarlığına məhəl qoymayan Vişhusen ayağından güllə yarası alıb.Vişhusenin evində keçmişdə ona zülm etdiyinə inandığı 10 nəfəri öldürəcəyinə dair qeydlər tapılıb. Qeydlər arasında məhkumun iki polis binasına qumbaralarla hücum edəcəyi ilə bağlı ifadələr yer alıb.Vişhusen bu qeydləri yalnız özünü əyləndirmək üçün yazdığını və heç kimə zərər vermək niyyətinin olmadığını bildirib. Bununla belə, Rid Vişhusen xəyal etdiyi hücumları planlaşdırmaq üçün tapança, avtomat silah, ov tüfəngi və qumbaraatan kimi sursat arsenalı qurub.Məhkəmə hökmünü verərək, Vişhusenin qətliam törətmək məqsədilə partlayıcı və sursat saxlamaqda təqsirli bilinməsinə qərar verib.Vişhusen barəsində həbs qərarı çıxarılıb və o, həbsxanaya göndərilib.Səid Əhmədli
Gununsesi.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
400
24
gununsesi.info

10Mənbələr