Helikopterin qəzaya uğradığı yer “Akınçı” sayəsində tapılıb.
Bununla bağlı İran KİV məlumat yayıb.
Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı helikopterin qəza enişi etdiyi ehtimal olunan bölgə üzərində uçuşlar edərək qəzanın baş verdiyi yeri müəyyən edib.