AZ

İbrahim Rəisinin olduğu helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib.

Qeyd olunub ki, dövlət başçısının kolonunda olan üç helikopterdən ikisi təyinat nöqtəsinə çata bilib.

Helikopterdə Rəisi ilə birlikdə Təbrizin imam cüməsi Seyid Məhəmməd Əli Alihaşim və xarici işlər naziri Əmir Abdullahian da olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1011
1
yenipress.az

10Mənbələr