AZ

Azərbaycan iqtisadiyyatı 4 faizdən çox böyüyüb

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyonmanatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki,iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalıb,qeyri neft-qaz sektorunda isə 7,7 faiz artıb.

ÜDM istehsalının 40,3 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyatvasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,1,7 faizi informasiya və rabitə sahələrinin, 20,0 faizi digərsahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in10,1 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
33
az.trend.az

10Mənbələr