AZ

İqtisadiyyat 4 faiz də böyüyüb

Bu ilin yanvar–aprel aylarında ölkədə 38 milyard 182 mil­yon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Ko­mitəsindən bildirilib ki, iqti­sadiyyatın neft-qaz sekto­runda əlavə dəyər 0,1 faiz azalıb, qeyri neft-qaz sek­torunda isə 7,7 faiz artıb.

ÜDM istehsalının 40,3 faizi sənaye, 9,5 faizi ti­carət, 6,9 faizi nəqliyyat, 6 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, 2,4 faizi ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 20 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis ver­gilər isə ÜDM-in 10,1 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3748,1 manata bərabər olub.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
240
5
xalqqazeti.az

10Mənbələr