AZ

Çin şirkətlərinin bu sektora investisiya qoyuluşları artacaq - millət vəkili

"Azərbaycan-Çin əlaqələrinin qədim tarixi mövcuddur. Bu tarix qədim İpək Yolundan başlanır. Amma 1992-ci ildən başlayaraq müstəqil Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik, parlamentlərarsı, iqtisadi və humanitar əlaqələr yaranmağa başlamış və bu gün də bu əlaqələr günü-gündən genişlənməkdədir. Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" layihəsinə qoşulub və qədim İpək Yolunun bərpası istiqamətində real addımlar atıb. Belə ki, Bakı Ticarət Limanı, Bakı Tiblisi Qars dəmir yolu və ümumiyyətlə Orta Dəhlizin istifadəyə verilməsi Çinin Avropa ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq daşımalarda yeni imkanlar açıb".

Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov bildirib.

O vurğulayıb ki, Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlıq imkanları günü -gündən genişlənir:

bb621feb-f2d4-31d4-b6dd-48d97aaa81b0_850.jpg

"Belə ki, ölklərimiz arası ticarət dövrüyyəsi sürətlə artır və qarşlıqlı investisiya imkanları araşdırılaraq realizə olunur. Belə ki, Azərbaycan Çində Ticarət evləri açıb və qeyri-neft ixracımızın təşviq olunması istiqamətində işlər həyata keçirilir. O cümlədən Çindən idxalımızda da kifayət qədər rəqəmlər böyüyür və bu, ölkələrimizə qarşılıqlı fayda gətirir".
Azər Badamovun fikrincə, Azərbaycan Yaşıl gündəliyini açıq elan etməsi Çin şirkətlərinin bu sahəyə marağını artıracaq: "Ölkəmizin bərpaolunan enerji potensialı 200 Qiqavat həcmində dəyərləndirilir. Həm də işğaldan azad olunmuş əraziləri yaşıl zona adlandırmışıq. Çin şirkətləri ölkəmizdə bərpa olunan enerji istehsalı sahələrinin yaradılmasında, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasında maraqlıdır və hesab edirəm ki, yaxın zamanlarda Çin şirkətlərinin bu sektorumuza investisiya qoyuluşlarının artacağını müşahidə edəcəyik. Ümumiyyətlə, Çin şirkətləri Azərbaycanın enerji sektorunun inkişafında yaxından iştirak edir və müsbət nəticələr əldə olunur".
Millət vəkili əlavə edib ki, Azərbaycan və Çin arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı imzalanmış sənədlər, ölkəmizin investisiya mühiti və potensialı iqtisadi əlaqələrimizin sürətlə inkişaf etməsinə töhfə verir: "Çin dünyanın ən böyük iqtisadi güc mərkəzidir. Azərbaycan da Cənubi Qafqazın ən güclü dövləti və etibarlı tərəfdaşıdır. Bu baxımdan ölkələrimiz arasında münasibətlər gələcəkdə daha da möhkəmlənəcək, xalqlarımızı daha da yaxınlaşdırmaqla qarşılıqlı fayda gətirəcək".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
50
musavat.com

10Mənbələr