AZ

Türkiyənin Çinə sement məhsulları ixracının həcmi açıqlandı

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Çinə sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq, 1,6 milyon dollara bərabər olub.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin aprel ayında Türkiyə Çinə 537 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 30,3 faiz çoxdur", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,9 faiz azalaraq, 1,4 milyard dollara bərabər olub.

"Bu ilin aprel ayında Türkiyə 339,2 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 9,2 faiz azdır," - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 - aprel 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
12
milli.az

10Mənbələr