AZ

Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı

Tarix: 16 May 2024 11:00

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Qırğızıstana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 89,1 faiz azalaraq, 1,3 milyon dollara bərabər olub.
Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin aprel ayında Türkiyə Qırğızıstana 559 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 91,8 faiz azdır", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,9 faiz azalaraq, 1,4 milyard dollara bərabər olub.
"Bu ilin aprel ayında Türkiyə 339,2 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 9,2 faiz azdır," - deyə nazirlikdən bildirilib.



Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 - aprel 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
275
12
sonxeber.net

10Mənbələr