AZ

Samirə Əfəndi: ““Avroviziya”da sanitar qovşağa da gedəndə məni qoruyurdular” – VİDEO  

Ölkəmizi 2020-ci və 2021-ci ildə nüfuzlu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi həmkarı Çinarə Məlikzadənin “Mən o qədər mühüm və böyük səhnələrdə olmuşam ki, “Avroviziya”da iştirak etmək mənə lazım deyil” sözlərini cavab verib. 

Bizim.Media xəbər verir ki, bu haqda Samirə qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb. 

Samirə bildirib ki, pandemiyadan sonra “Avroviziya”da iştirakı ona çox çətinliklə başa gəlib: 

“Mən çıxış edəndə, 2021- ci ildə “Avroviziya”nın 65-ci illiyi, yəni yubileyi idi. O zaman isə rəsmi məlumata görə, müsabiqəni 186 milyon insan izləyirdi. Pandemiyadan sonra insanlara bu yarışma çox maraqlı idi. Mən yarışmada çıxış edəndə ölkəmizdə müharibə idi və üstəgəl dünyada pandemiya idi. Bizə yer vermədilər. Bizi aqressor kimi qəbul etmişdilər. Bizi müsabiqədə qoruyurdular. Sanitar qovşağa belə gedəndə bizi qoruyurdular”. 

Qeyd edək ki, 2020-ci ildə Samirə Əfəndi təmsilçi olaraq seçildi, lakin pandemiya səbəbindən müsabiqə baş tutmadı. Belə olduğu halda bir çox məhdudiyyətlərlə baş tutan 2021-dəki müsabiqədə Azərbaycan adına bayraq qaldıran yenə də həmin müğənni Əfəndi oldu. O, ölkəmizi 2020-ci ildə “Cleopatra”, 2021-ci ildə isə “Mata Hari” adlı mahnı ilə təmsil etdi.
Həmin ildə səhnə alan Samirə ölkəmizin bayrağını final gecəsi 20-ci sıraya sancdı. Buna baxmayaraq, “Mata Hari” mahnısı ölkəmiz üçün çox uğurlu bir mahnı oldu. Mahnı müxtəlif musiqi platformalarında, qlobal siyahılarda, yutub trendlərində həftələrlə yüksək sıralarda qalmağı bacardı. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
50
bizim.media

10Mənbələr