AZ

Salman Rüşdi: "Fələstin dövləti olsaydı, HƏMAS-ın idarə etdiyi “Taliban kimi” olardı" - VİDEO

Əgər bu gün Fələstin dövləti yaradılsa, bu, HƏMAS-ın idarə etdiyi “Talibana bənzər dövlət” olacaq.

Bizim.Media "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bunu 2022-ci ildə islamçı radikalın sui-qəsdindən sonra möcüzəvi şəkildə sağ qalan yazıçı Salman Rüşdi bildirib.

Almaniyanın Bild tabloidinə müsahibə verən hind əsilli amerikalı yazar anti-İsrail tələbə etirazlarını tənqid edib.
Onun sözlərinə görə, mütərəqqi gənclərin HƏMAS kimi “faşist terror qruplaşmasını” dəstəkləməsi çox qəribədir.

Rüşdi uzun müddət Fələstin dövlətini dəstəklədiyini qeyd edib. Ancaq xəbərdarlıq edib ki, bu dövlət Əfqanıstana bənzər avtoritar islamçı rejimə çevrilə bilər.

“Fələstin İranın peykidir. Qərb solçularının yaratmaq istədiyi budurmu?” – deyə o soruşub.

Xatırladaq ki, Rüşdi 2022-ci ilin avqustunda Nyu-Yorkdakı incəsənət mərkəzində çıxışı zamanı səhnədə dəfələrlə bıçaqlanıb, sonra isə onun bir gözü görmə qabiliyyətini itirib. 

Nyu-Cersidən olan 24 yaşlı amerikalı şiə müsəlman Hadi Matar hadisə yerində həbs edilib və qətlə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Matar özünü təqsirli bilməyib. 

Rüşdi 1988-ci ildə İran İslam İnqilabına rəhbərlik edən İranın Ali Rəhbəri Ayətullah Xomeyni tərəfindən küfr elan edilən “Şeytan ayələri” romanının nəşrindən sonra dəfələrlə ölüm təhdidləri və sui-qəsd cəhdlərinin hədəfinə çevrilib. 
Xomeyni İslamı tənqid edən kitaba görə Rüşdinin öldürülməsinə çağıran fətva (dini fərman) verib.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
50
bizim.media

10Mənbələr