AZ

Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...

Mayın 16-da Çin prezidenti Si Cinpin Pekində  Rusiyanın faktiki rəhbəri Vladimir Putinlə görüşündə Ukraynadakı müharibəni müzakirə edib. 
 
Moderator.az "GORDON"a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
 
Qeyd olunur ki, onlar “Ukrayna böhranı ilə bağlı dərin fikir mübadiləsi aparıblar”.
 
Ci Cinpin vurğulayıb ki, onun əsas qərarı "balanslaşdırılmış, effektiv və davamlı yeni təhlükəsizlik arxitekturasının qurulmasını təşviq etməkdir".
 
Çin Xalq Respublikası sədrinin qeyd etdiyi kimi, Pekin “tezliklə siyasi həlli təşviq etmək” üçün “bütün tərəflərin iştirakı və bütün variantların ədalətli müzakirəsi” ilə Ukrayna üzrə beynəlxalq sülh konfransının vaxtında çağırılmasını dəstəkləyir və “Bu mövzuda konstruktiv rol oynamağa davam etməyə hazırıq”.
 
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
moderator.az

10Mənbələr