AZ

Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI

"Samsung" on il ərzində bazara təxminən üç milyard smartfon sataraq digər istehsalçıları geridə qoyub.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Altindex" agentliyinin hesabatında qeyd edilib.

Mütəxəssislər "International Data Corporation"dən (IDC) son on il ərzində məlumat toplayıblar və dünyanın ən böyük smartfon istehsalçısını müəyyən ediblər. 2014-cü ildən Cənubi Koreya korporasiyası bazara 2,937 milyard smartfon buraxıb. İkinci yerdə 2,203 milyard "iPhone" istehsal edən "Apple" şirkəti qərarlaşıb.

Siyahının aşağı pillələrində isə Çin şirkətləri yerləşiblər: "Xiaomi" - 1,147 milyard, "Huawei" - 1,057 milyard, "Oppo" - 911,9 milyon, "Vivo" - 526,6 milyon smartfon istehsal ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
5
olaylar.az

10Mənbələr