AZ

Dünyanın ən populyar smartfon modeli O OLDU

Texnologiya bazarlarında apardığı araşdırmalarla tanınan Honq Konqun "Counterpoint Research" şirkəti 2024-cü ilin birinci rübündə dünyada ən çox tələb görən, populyar olan smartfon modelinin adını açıqlayıb.

Olaylar.az xəbər verir ki, ən populyar telefon "iPhone 15 Pro Max" modeli olub. Bu modeldən olan telefonların satış sayı birinci rüb ərzində dünyada satılan bütün smartfonların 4,4 faizini təşkil edib.

Satış payına görə növbəti yerləri "iPhone 15", "iPhone15 Pro", "iPhone 14" və "Samsung Galaxy S24 Ultra" tutub. 

Mütəxəssislərin fikrincə, "Apple" və "Samsung" birinci rübdə qlobal bazarda üstünlüyə sahib olublar. Dünyada ən çox satılan 10 telefon medelinin beşi "iPhone"a, beşi isə "Samsung"a məxsusdur. 

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin birinci rübündə ən çox satılan smartfon 4,7 faiz payla "iPhone 14" olub. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
14
olaylar.az

10Mənbələr