AZ

Aqil Abbas evlilik ildönümünü Ağdamda qeyd edəcək

Milli Məclisin deputatı Aqil Abbas Ağdamda evlilik ildönümünü qeyd edəcək.
 
Bu barədə Qaynarinfo-ya məlumat verən deputat hazırda Ağdama yollandıqlarını deyib:

"43-cü ildir ki, biz bu günü qeyd edirik. Onun 4 ilini isə Ağdamda evlilik günümüzü qeyd edirik. Hər il mayın 16-da üzü Ağdama yola çıxırıq. Ondan əvvəl isə Bakıda qeyd etmişik". 

Aqil Abbas evlilik ildönümün 40-cı ilini təntənəli şəkildə qeyd etdiyini xatırladıb:

"40-50 nəfərə yaxın dost-tanış dəvət etdi, böyük məclis etdik. Allah ömür versin, 55 illik gəlir, görək nə edirik". 

Qeyd edək ki, Aqil Abbas Əməkdar jurnalist İradə Tuncayla evlidir.

Bahar Rüstəmli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
7
qaynarinfo.az

8Mənbələr