AZ

Üç illik dövlət istiqrazlarının gəlirliliyi 9%-ə qədər yüksəlib

14 may 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0201070122 ISIN-li, 90 mln. manat həcmində, 1 092 gün (3 il) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.

Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 92.3252 (9.50%) manat və 96.0402 (8.0110%) manat olan 60 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.4290 (9.05%) manat, orta ölçülmüş qiyməti isə 94.2814 (8.7069%) manat müəyyən edilmişdir. Qeyd edək ki, 30 aprel üzrə hərracda orta gəlirlilik 8.50% idi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 110.33 mln. manat, yerləşdirilmiş həcmi isə 50 mln. manat təşkil etmişdir.

242423424342342342

İstiqrazların ödəmə tarixi 11 may 2027-ci ildir.

Hərrac iştirakçıları 15 may 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
308
50
banker.az

10Mənbələr