AZ

Çin 50 illik dövlət istiqrazları buraxacaq

Çin Maliyyə Nazirliyi ölkənin maliyyə qurumları ilə ultra uzunmüddətli dövlət istiqrazlarının buraxılmasına başlamaq üçün razılığa gəldiyini açıqlayıb. Söhbət ödəmə müddəti 20, 30 və hətta 50 il olan borc qiymətli kağızlarından gedir.

Nazirlik istiqrazların hansı məbləğə satılacağını açıqlamayıb. Amma “Bloomberg” mənbələrinə görə, söhbət 1 trilyon yuandan (138 milyard dollar) gedir. Bu məbləğin 600 milyard yuanı 30 illik istiqrazların, 100 milyard yuanı isə 50 illik borc qiymətli kağızların payına düşəcək.

İnvestorlar istiqraz satışı ilə bağlı xəbəri müsbət qarşılayıblar. Beləliklə, CSI 300 indeksi Maliyyə Nazirliyinin bildirişinin dərcindən sonra əvvəlki 0.9% enişini bərpa edib. Çin şirkətlərinin Honkonqdakı səhmləri nəinki əvvəlki enişini bərpa edib, həm də orta hesabla 0.4% artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
336
14
banker.az

10Mənbələr