AZ

Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracı 30 milyon dolları ötdü

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq, 32,9 milyon dollara bərabər olub.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin aprel ayında Türkiyə Özbəkistana 8,2 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 2,6 dəfə çoxdur", - deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 5,8 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,2 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 17,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 -aprel 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
23
milli.az

10Mənbələr