AZ

Ceyhun Bayramovun ATƏT-in sədri ilə postmünaqişə dövründə vəziyyəti müzakirə edib  - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü geniş tərkibdə davam edib.

Adalet.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Malta arasında əməkdaşlıq məsələlərini, bu il ATƏT-ə sədrliyin prioritetlərini, təşkilatın üzləşdiyi çətinlikləri, Azərbaycanla ATƏT arasında əməkdaşlığı, COP29-dan irəli gələn tərəfdaşlıq imkanlarını, həmçinin regionda postmünaqişə dövründə vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

***

12:10

Ceyhun Bayramovla ATƏT sədri arasında geniş tərkibli görüş keçirilir.

Adalet.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borq arasında geniş tərkibli görüş keçirilir.

    ***

    12:03

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla geniş tərkibdə görüşü başlayıb.

    Adalet.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    200
    50
    adalet.az

    10Mənbələr