AZ

Ceyhun Bayramov həmkarı ilə GÖRÜŞDÜ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini, Xarici İşlər Naziri Murat Nurtleu ilə görüşüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar və əlaqə kimi müxtəlif sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər:

“Ceyhun Bayramov həmsöhbətinə münaqişədən sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və mövqeyi barədə məlumat verib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
319
50
veteninfo.az

10Mənbələr