AZ

“Şuşada yeni tarix başlayır” - Deputat 

"Şuşada yeni tarix başlayır və şəhər ilk sakinlərini qəbul edib. Şuşa sakinləri öz doğma yurd yuvalarında xoşbəxt, firavan yaşayacaqlar. Bu günü biz uzun illər gözlədik və nəhayət arzumuza çatdıq. 2020-ci ildən başlayaraq Azərbaycan qələbəsini təmin etdi və biz 2023-cü ildə suverenliyimizi və ərazi bütövlüyümüzü tam bərpa etdik".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

“Bu gün Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar gedir. Bu, uzun müddətdir Azərbaycan tərəfindən irəli sürülən bir təşəbbüs idi. Ancaq bu təşəbbüsün gerçəkləşməsinə mane olan dövlətlər var idi. Prezidentin də söylədiyi kimi, bu, Fransa və ABŞ idi. Onlar çox çalışırdı ki, bu görüşlər onların vasitəçiliyi ilə həyata keçsin. Bu dövlətlərin bizim bölgəmizdə maraqları var və onlar vasitəçilikləri hesabına maraqlarını əldə etməyə çalışırlar”.

 

Deputat qeyd edib ki, Prezidentin toxunduğu önəmli məsələlərdən biri də ATƏT-in 30 ilə yaxın fəaliyyəti idi.

 

“Prezident bu məsələyə çox dəqiq və konkret fikir bildirib. 30 il ərzində onlar çalışdılar ki, danışıqlar baş tutmasın, işğal olunmuş torpaqlar Ermənistanda qalsın. Bizə söyləyirdilər ki, siz müharibə edə bilməzsiniz, siz işğalla barışmalısınız. Azərbaycan səbrlə, təmkinlə bu danışıqları apardı, gözlədi və Prezidentimizin müdrik, uzaqgörən siyasəti, şanlı Ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. İlham Əliyevin də söylədiyi kimi, Ermənistan sülh istəmirdi. Ermənistan və onun havadarlarının məqsədi torpaqların onlarda qalmasına nail olmaq idi. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Bu gün Azərbaycanla təhdid dilində danışmağa cəhd edirlər. Şuşadakı görüşdə Prezidentin nitqindəki müharibə ilə bağlı sərt ritorika əslində bir mesaj idi.

 

"Ermənistan sülhü pozarsa, biz məsələni müharibə yolu ilə həll edəcəyik" - bu Ermənistandakı revanşistlərə ünvanlanmış bir mesaj idi və bir də hesab edirəm ki, bu mesaj bəzi qərb dövlətlərinə idi. Bu gün Ermənistan hakimiyyəti anlayır ki, 2020-ci ildən bu yana hansı yola əl atdılarsa, nəticə onlar üçün xoşagələn olmayacaq və ona görə də onlar sülh danışıqlarını hazırda davam etdirir. Kənar vasitəçilər Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək vermək əvəzinə, daha çox öz geopolitik maraqlarını reallaşdırmağa çalışırlar. Artıq təşəbbüs bizim əlimizdədir.

 

Bütün proses Prezident İlham Əliyevin irəli sürdüyü şərtlərlə və qaydalarla gedir. Erməni tərəfi bilməlidir ki, əgər bizim şərtlərlə, qoyduğumuz qaydalarla davranmasalar, Azərbaycan Ordusu hazır bir şəkildə gözləyir”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
3
sfera.az

4Mənbələr