AZ

Şuşada yeni tarix başlayır.

“Şuşada yeni tarix başlayır. Artıq Şuşa ilk sakinlərini qəbul etdi. Şuşa sakinləri öz doğma yurd yuvalarında xoşbəxt, firavan yaşayacaqlar. Bu günü biz uzun illər gözlədik və nəhayət arzumuza çatdıq. 2020-ci ildən başlayaraq Azərbaycan qələbəsini təmin etdi və biz 2023-cü ildə suverenliyimizi və ərazi bütövlüyümüzü tam bərpa etdik. Artıq bu gün Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar gedir. Bu uzun müddətdir Azərbaycan tərəfindən irəli sürülən bir təşəbbüs idi. Ancaq bu təşəbbüsün gerçəkləşməsinə mane olan dövlətlər var idi. Cənab prezidentin də söylədiyi kimi bu Fransa və ABŞ idi. Onlar çox çalışırdı ki, bu görüşlər onların vasitəçiliyi ilə həyata keçsin.Bu dövlətlərin bizim bölgəmizdə maraqları var və onlar vasitəçilikləri hesabına maraqlarını əldə etməyə çalışırlar”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin toxunduğu önəmli məsələlərdən biri də ATƏT-in 30 ilə yaxın fəaliyyəti idi: “Prezident bu məsələyə çox dəqiq və konkret fikir bildirdi. Bu 30 il ərzində onlar çalışdılar ki, danışıqlar baş tutmasın, işğal olunmuş torpaqlar Ermənistanda da qalsın. Bizə söyləyirdilər ki, siz müharibə edə bilməzsiniz, siz işğalla barışmalısınız.

Azərbaycan səbirlə, təmkinlə bu danışıqları apardı, gözlədi və nəhayətində cənab prezidentimizin müdrik, uzaqgörən siyasəti, şanlı ordumuzun sücahəti nəticəsində torpaqlarımız işğaldan azad edildi.

Cənab prezidentin də söylədiyi kimi,Ermənistan sülh istəmirdi. Ermənistan və onun havadarlarının məqsədi torpaqların onlarda qalmasına nail olmaq idi. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər”.

 

Deputat bildirib ki, bu gün Azərbaycanla təhdid dilində danışmağa cəhd edirlər: “Şuşadakı görüşdə prezidentin nitqindəki müharibə ilə bağlı sərt ritorika əslində bir mesaj idi. Ermənistan sülhü pozarsa biz məsələni müharibə yolu ilə həll edəcəyik deyə – bu Ermənistandakı revanşistlərə ünvanlanmış bir mesaj idi və bir də hesab edirəm ki, bu mesaj bəzi qərb dövlətlərinə idi.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
3
xalq.az

4Mənbələr