AZ

Blinken Kiyevə hərbi dəstək məqsədilə gəlib

Blinken

ABŞ dövlət katibi Antoni Blinken Kiyevə səfər edib və səfər zamanı Vaşinqtondan Ukraynaya hərbi yardım məsələlərini müzakirə edəcəyini gözləyir.

Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Blinken Kiyevə “qeyri-rəsmi səfərlə” qatarla gəlib.

Reuters qeyd edir ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra “yüksək rütbəli amerikalı məmurun Ukraynaya ilk səfəridir”.

Reuters-in sitat gətirdiyi adı açıqlanmayan ABŞ administrasiyasının rəsmisinə görə, Blinken səfəri zamanı Kiyevin “müdafiəsini gücləndirmək” və “döyüş meydanında təşəbbüsü bərpa etmək” məqsədilə ABŞ-ın silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
277
17
xalqcebhesi.az

10Mənbələr