AZ

Blinken Kiyevə getdi


ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtondan Ukraynaya yardımı müzakirə etmək üçün Kiyevə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Blinken Kiyevə qeyri-rəsmi səfərlə və qatarla gedib.
Qeyd olunur ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksək rütbəli amerikalı məmurun Ukraynaya ilk səfəridir.
“Reuters”in sitat gətirdiyi ABŞ administrasiyasının rəsmisinə görə, Blinken səfəri zamanı Kiyevin müdafiəsini gücləndirmək və döyüş meydanında təşəbbüsü bərpa etmək məqsədilə ABŞ-nin silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.
Qeyd olunur ki, Blinken həmçinin bir sıra Ukrayna rəsmiləri, o cümlədən ölkə Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Bu məsləhətləşmələr zamanı o, ABŞ-nin Ukraynaya davamlı dəstəyini bir daha elan edəcək. Bundan əlavə, Amerika xarici siyasət departamentinin rəhbəri Ukraynanın gələcəyinə həsr olunmuş nitqlə çıxış edəcək.
Qeyd edək ki, bundan əvvəl “Politico” nəşri Blinkenin bu həftə Ukraynaya səfər etmək niyyətində olduğunu yazmışdı. Lakin materialda səfərin konkret tarixi qeyd olunmamışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
1
yeniavaz.com

10Mənbələr