AZ

İsrailli nazirdən Quterreşə: Dərhal istefa verin!

BMT Baş katibi Antonio Quterreş Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı yalan məlumatlara görə istefa verməlidir. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrail Katz X şəbəkəsində yazıb.

"BMT Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı təxminini 50% azaldıb və HƏMAS Səhiyyə Nazirliyinin məlumatlarına əsaslandığını iddia edir. İsrailə qarşı qanlı böhtanları yaymaq üçün terror təşkilatının yalan məlumatlarına əsaslanan hər kəs antisemitdir və terrorizmi dəstəkləyir, Antonio Quterreş, istefa edin”, - Katz bildirib.

Nazir bildirib ki, BMT-nin 6 və 8 may tarixlərində Qəzzada ölən qadın və uşaqlarla bağlı məlumatında ciddi anlaşılmazlıqlar var və təşkilat bunu izah etməlidir.

Qeyd edək ki, mayın 6-da BMT Qəzza zolağında 9500-dən çox qadın və 14500-dən çox uşaq da daxil olmaqla, 34.735 nəfərin öldürüldüyü barədə məlumat yayıb.

Daha sonra təşkilatın 8 mayda yaydığı informasiyada isə 4959 qadın və 7797 uşaq daxil olmaqla, 34.844 nəfərin öldürüldüyü bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
5
bakivaxti.az

6Mənbələr