AZ

İsrailli nazirdən Quterreşə: Dərhal istefa verin!

BMT Baş katibi Antonio Quterreş Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı yalan məlumatlara görə istefa verməlidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrail Katz X şəbəkəsində yazıb.

"BMT Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı təxminini 50% azaldıb və HƏMAS Səhiyyə Nazirliyinin məlumatlarına əsaslandığını iddia edir. İsrailə qarşı qanlı böhtanları yaymaq üçün terror təşkilatının yalan məlumatlarına əsaslanan hər kəs antisemitdir və terrorizmi dəstəkləyir, Antonio Quterreş, istefa edin", - Katz bildirib.

Nazir bildirib ki, BMT-nin 6 və 8 may tarixlərində Qəzzada ölən qadın və uşaqlarla bağlı məlumatında ciddi anlaşılmazlıqlar var və təşkilat bunu izah etməlidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
5
milli.az

6Mənbələr