AZ

Z nəsli ilə Y nəslinin fərqi: Kim maliyyə çətinlikləri yaşayır?

Araşdırmalar göstərir ki, Z nəsli Y nəslindən eyni yaşda olanlara nisbətən daha çətin maliyyə vəziyyətindədir.

Publika.az xəbər verir ki, ABŞ-da yerləşən “TransUnion” şirkəti 22-24 yaşlı Z nəslinin xərclərini 10 il əvvəl 22-24 yaşlı Y nəslinin xərcləri ilə müqayisə edib.

Araşdırmalar göstərib ki, yüksək inflyasiya və yaşayış minimumu səbəbindən bu gün 22-24 yaş qrupunda olan gənclərin gəlirləri 10 il əvvəlkindən daha azdır və daha çox borcu var. Keçən il 22-24 yaş arası gənclər orta hesabla 45 min dollar qazandığı halda, 10 il əvvəl Y nəslinin eyni yaşda orta hesabla 51 min dollar qazandığı müəyyən edilib.

Araşdırma həmçinin 10 il əvvəl 22-24 yaş arasında olan Y nəsli ilə müqayisədə Z nəslinin iqtisadiyyata daha çox diqqət yetirdiyini ortaya qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
3
publika.az

4Mənbələr