AZ

1,3 milyon manat “ƏDV geri al!”

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının tət­biqi istiqamətində işlər davam etdirilir.

DVX-nin məlumatına əsasən, cari il mayın 1-dək muxtar respublika ərazisin­də quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatlarının sayı 3329 ədəd olub. Yan­var–aprel ayları ərzində belə aparatlar vasitəsilə qeydə alınan dövriyyə 122,4 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 79,5 mil­yon manat və ya 2,9 dəfə çoxdur.

İndiyədək muxtar respublikada “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçı­lara 1,3 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin 4 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq döv­rünə nisbətən 2,8 dəfə artaraq 439,7 min manat olub.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
3
xalqqazeti.az

8Mənbələr