AZ

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Naxçıvanda

Naxçıvan, 10 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari il mayın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3329 ədəd olub. Yanvar-aprel ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 122,4 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 79,5 milyon manat və ya 2,9 dəfə çoxdur.

İndiyədək Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,3 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin 4 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,8 dəfə artaraq 439,7 min manat olub.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
3
azertag.az

8Mənbələr