AZ

“Trabzonspor”da yeni transferlər bəlli oldu

“Trabzonspor” başqanı Ərtuğrul Doğan komandasının “Fatih Karagümrük”ü məğlub edərək ölkə kubokunun finalına vəsiqə qazandığı qarşılaşmanın ardından yeni mövsümün transfer çalışmalarından xəbər verərək 6 futbolçu ilə danışıqlar apardıqlarını açıqlamışdı.

“Football-plus.az” xəbər verir ki, o, 4 futbolçunun keçidinin tamamlandığını, digər 2 futbolçu ilə isə qarşıdakı günlərdə anlaşacaqlarına ümid etdiyini vurğulamışdı. Trabzon mətbuatı həmin futbolçuların kimliyini müəyyənləşdirib. Söhbət Con Lundstram, Borna Barışiç, Denis Draquş, Muahmmed Çam, Laslo Beneş və Cihan Çanakdan gedir. İlk iki futbolçu “Reyncers”in şərəfini qoruyur. Onların hər ikisinin Qlazqo nəhəngi ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. Jurnalist Yunus Emre Selin məlimatına görə, “Trabzonspor” rəhbərliyi hər iki futbolçunun transferini həll edib. Onlar yayda azad agent statusunda Trabzon təmsilçisinə qoşulacaqlar. 2019/20 və 2020/21 mövsümlərində “Şeffild Yunayted”in heyətində premyer-liqada top qovmuş 30 yaşlı ingiltərəli Lundstram müdafiəyəmeyilli mərkəz yarımmüdafiəçisidi. Daha öncə “Osiyek”də forma geymiş, eyni zamanda Xorvatiya yığmasında da əsas heyət üzvü olan Barışiç isə əsas sol müdafiəçi kimi oynasa da, ehtiyac duyulduqda müdafiənin mərkəzində də forma geyir. Bu mövsüm “Qaziantep”dəki performansı ilə diqqəti çəkən Draquş müqavilə ilə “Standard”a məxsusdu. Onun “Trabzonspor”a transferi 2 milyon avro qarşılığında tamamlanıb.“Klermon”un heyətində bu mövsüm Liqa-1-də yaxşı oyun göstərən 20 yaşlı avstriyalı Muhammed Çamın keçidinin maliyyə detalları bəlli deyil. Onunla da danışıqlar başa çatmaq üzrədi. “Hamburq”lu Laslo Beneş və “Standard”ın gənc qürbətçi türkiyəli üzvü Cihan Çanak ilə danışıqlar davam edir. Onların da transferinin uğurlu sonluqla bitmək ehtimalı çoxdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
10
football-plus.az

10Mənbələr