AZ

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

“Trabzonspor” klubu sol cinah hücumçusuna cəza verəcək.

Məlumata görə, “qaradənizlilər”in 28 yaşlı sol cinah hücumçusu Nikolas Pepe komandadan gizli dostları ilə futbol oynadığı üçün cəzalandırılacaq.

“Trabzonspor” klubunun rəsmiləri Pepenin bu hərəkətinin yanlış olduğunu və üçoyunluq cəzalandırılacağını bildiriblər.

Qeyd edək ki, Nikolas Pepe bu mövsüm “Trabzonspor” forması ilə çıxdığı 18 oyunda beş qol, iki assistlə yadda qalıb.

Mənbə: Sporx.com  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
oxu.az

10Mənbələr