AZ

Dieqo Simeone La Liqada 2 rekord müəyyənləşdirdi

İspaniya La Liqasının 35-ci turunda “Selta”ya qarşı ev oyunu (1:0) Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, argentinalı mütəxəssis “döşəkçilər”in bu qələbəsi ilə La Liqada 2 rekorda imza atıb.

2011-ci ildən Dieqo Simeonenin rəhbərliyi altında “Atletiko” 976 xal toplayıb ki, bu da La Liqanın tarixində rekord göstəricidir. Simeone bu göstəricidə məşhur ispan məşqçi Luis Araqonesi (973 xal) geridə qoyub. İlk beşlikdə həmçinin Xavyer İrureta (871 xal), Ernesto Valverde (860 xal) və Manuel Pelleqrini (814 xal) yer alıblar.

Xatırladaq ki, İspaniyada qələbə müqabilində 3 xalın verilməsi qaydası 1995-ci ildən tətbiq edilir.

Həmçinin “Selta” ilə oyunda qazanılmış qələbə Madrid təmsilçisinin baş məşqçisi üçün İspaniyada işlədiyi bütün müddət ərzində bütün yarışlarda qazanılmış 400-cü qələbə olub.

Bunun sayəsində Simeone İspaniya futbolunda bir komanda ilə 400 qələbə qazanmış ilk mütəxəssis kimi tarixə düşüb.

35 oyundan 70 xalla Dieqo Simeonenin “döşəkçilər”i La Liqanın yarış cədvəlində 4-cü pillədə qərarlaşıblar.

Simeone “Atletiko”nu 2011-ci ilin dekabr ayından çalışdırır. Argentinalı mütəxəssisin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Dieqo Simeone “Atletiko”nnu sükanı arxasında 678 oyun keçirib, 401 qələbə, 148 heç-heçə, 129 məğlubiyyət yaşaşıb. Bu oyunlarlarda “döşəkçilər”in top fərqi 1152:576 nisbətindədir.

Argentina mütəxəssis Madrid klubuna 8 qənimət qazandırıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2012/2013, 2018/2019). Həmçinin Dieqo Simeone 2015/2016-cı illər mövsümündə dünyanın ən yaxşı məşqçisi seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
258
44
arena.az

10Mənbələr